"İşsizin dostu" 30 min nəfəri əmək müqaviləsi əsasında ödənişli işə cəlb edəcək

2019.01.17 09:50 (UTC+04:00)

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və "DOST" mərkəzlərinin yaradılmasına başlanılıb. Artıq bu layihənin ilkin hazırlıq işləri yekunlaşıb və 2019-2025-ci illərdə respublikamızın paytaxtında və regionlarda 31 belə mərkəzin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış "İşsizin dostu" proqramı isə haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə imkan verib. Həmin proqram çərçivəsində bu il 30 minədək şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunması planlaşdırılır.