KOB-ların məhsulları "CASPINDEXPO 2019" Sərgisində nümayiş olunur

2019.11.06 17:49 (UTC+04:00)

Sərgidə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta biznes (KOB-lar) öz məhsul və xidmətlərini təqdim edir. KOB-lar üçün ayrılmış xüsusi stenddə bağ, ev və ofis mebelləri, alüminium və plastik qablar, streç və folqalar, kağız və karton çantalar, istixana konstruksiyaları və aksesuarları, dəmir və taxta məmulatlar, işıq dirəkləri nümayiş olunur, sənaye avadanlıqlarının təmiri və quraşdırılması xidməti təqdim edilir.