Bu ilin doqquz ayında elektron ödəmə sistemləri vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 200 milyard manata çatıb. Bu barədə Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda deyib.
Elektron ticarətdə müsbət nəticələrin müşahidə olunduğunu deyən A.Quliyev qeyd edib ki, cari ildə elektron ticarətin həcmi 2,2 milyard manat olub. Nağdsız hesablaşmalarda, o cümlədən kart ilə həyata keçirilən hesablaşmaların həcmi cari ildə 59 faiz artaraq 5,3 milyard manat təşkil edib.