Yaponiya "Google" şirkətinə 9,2 milyon dollarlıq cəza kəsib

2019.01.16 18:14 (UTC+04:00)

Dünya mediasında iqtisadiyyatdan bəhs edən xəbərlərdə son vaxtlar vergidən yayınmanın müxtəlif formalarından istifadə etdiyinə görə "Google" şirkətinin adı daha çox hallanır. Bu şirkətə qarşı iddia qaldırmaq növbəsi artıq Yaponiyaya çatıb. Yaponiya mediasının yaydığı xəbərə görə, "Google Yaponiya" şirkəti reklam gəlirlərini gizlətmək üçün vergi dərəcələrinin daha aşağı olduğu Sinqapurda qeydiyyata düşüb. Cəzanın səbəbi kimi "Google" şirkətinin Yaponiyadakı reklam fəaliyyətlərini Sinqapur üçün dəstək əməliyyatı kimi göstərməsi və Yaponiyadakı reklam verən şirkətlərin ödənişləri "Google Sinqapur" ofisinə etdikləri göstərilir.

Məsələ ilə bağlı heç bir açıqlama verməyən "Google" şirkəti cəzanı qəbul edib və 2016-cı ilə aid yekun maliyyə hesabatlarının yenidən təftişini aparıb.