Gələn il büdcə gəlirlərinin 43,9 faizinin qeyri-neft sektorunun hesabına təmin olunacağı proqnozlaşdırılır

2019.11.06 12:12 (UTC+04:00)

"2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır. Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb. Növbəti ildə də bu işlər davam etdiriləcək".

Bu barədə Maliyyə naziri Samir Şərifov noyabrın 6-da Milli Məclis komitələrinin iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək.