2021-ci ilədək nağdsız dövriyyənin həcminin 14 milyard manata çatacağı proqnozlaşdırılır

2019.11.06 10:58 (UTC+04:00)

"Rəqəmsal ödənişlərin genişlənməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin həcmi 14 mlrd. manatadək artacaq". Bu fikirləri Bakıda keçirilən "Beynəlxalq Bankçılıq forumu"nda çıxış edən Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, bu proqram 2018-2020-ci illəri əhatə edir və bu istiqamətdə ölkədə 60-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub: "Dövlət proqramının icrası nəticəsində nağd dövriyyənin həcmini 74 faizdən 40 faizədək endirməyi düşünürük".