Vergilər nazirinin birinci müavini Xaçmazda vətəndaşları qəbul edəcək

2019.11.06 10:09 (UTC+04:00)

Qəbula gəlmək istəyən vətəndaşlar 6-12 noyabr 2019-cu il tarixlərində 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Xaçmaz, Quba, Qusar və Şabran rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.