"İqtisadi zona" proqramının 3 noyabr 2019-cu il tarixli buraxılışı Video

2019.11.05 17:45 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında öz evini satanlar üçün vergi yükünün azaldılması, Vergi Məcəlləsinə təklif edilən güzəştlər, pensiyaya çıxmağın şərtləri, əmlakın sığortalanması, internetin sürətinə təsir göstərən amillər haqda süjetlər nümayiş etdirilib.

Proqramın qonağı - Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanov Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərlə bağlı suallara aydınlıq gətirib.