Cənubi Qafqaz Boru Kəmərinin orta ötürücülük gücü 33 faizdən çox artıb

2019.11.05 17:30 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə, təqribən, 33 mln. ABŞ dolları əməliyyat xərcləri sərf edilib. "BP-Azerbaijan" şirkətinin rüblük hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin üç rübü ilə müqayisədə 6 mln. dollar və ya 22,2 faiz çoxdur. Ötən üç rüb ərzində boru kəmərinin əsaslı xərcləri 28 mln. dollar təşkil edib ki, bu da 2018-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 280 mln. və ya 11 dəfə azdır. Bu ilin yanvar-sentyabr aylarında CQBK və CQBKG-nin birlikdə gündəlik orta ötürücülük gücü 28 mln. kubmetrdən çox olub ki, bu da 2018-ci ilin ilk üç rübü ilə müqayisədə 7 mln. kubmetr və ya 33,3 faiz çoxdur.

Bu ilin üç rübü ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü 28 mln. kubmetrdən çox olub ki, bu da 2018-ci ilin üç rübün göstəriciləri ilə müqayisədə 6 mln. kubmetr və ya 27,3 faiz çoxdur. Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul operatordur.

Qeyd edək ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.