Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsalı tətbiq etməklə gəlirdən çıxırlar. Beləliklə, bu kateqoriya vergi ödəyicisi balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasına (25 faizə) 2 əmsalı tətbiq etməklə (25% x 2 = 50%) daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.
Əsas: Vergi Məcəlləsi, 114.3-1-ci maddə