Manatın məzənnəsinin dayanıqlığı gələn il də diqqət mərkəzində olacaq

2019.11.05 15:21 (UTC+04:00)

2020-ci ildə qarşımızda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Elman Rüstəmov qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir.