Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirələri başlayıb. Müzakirələrdə müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24.134,5 milyon manat, xərcləri isə 26.913,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 4,2 faiz və 6,8 faiz çoxdur. Beləliklə, büdcə kəsri 2.779,2 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 37,4 faiz azdır.
Gələn il Azərbaycanın icmal büdcəsinin isə gəlirləri 27.533,1 milyon manat, xərcləri 29.488,3 milyon manat məbləğində proqnozlaşdırılır. Son nəticədə büdcə kəsiri 1.955,1 milyon manat təşkil etməlidir ki, bu da 2020-ci ildə ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3 faizi qədərdir.