Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1№li əlavəsinə dəyişikliklər edilib

2019.01.16 15:30 (UTC+04:00)

1№li əlavə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələn tələblərə uyğun tərtib olunmalıdır. Vergi ödəyicilərinin əlavənin müxtəlif bölmə və xanalarında müvafiq şərtləri nəzərə almaları tövsiyə edilir. Əlavədə qeyd olunması zəruri hesab edilən məlumatlar olmadığı halda, yəni bəyannamənin müvafiq sətirlərində göstəricilər qeyd olunmadıqda əlavənin təqdim edilməsinə ehtiyac yoxdur. Təqdim olunmuş əlavədə aparılan hesablamalardakı riyazi səhvlər vergi orqanı tərəfindən düzəldilir və kompüter proqramı vasitəsilə düzgün hesablanmış vergi məbləğləri birbaşa baza göstəricilərinə daxil edilir.

Əlavənin "Azərbaycan Respublikasının rezidentlərindən ödəmə mənbəyində tutulan vergilərin hesablanması" bölməsində vergi qanunvericliyinin tələblərinə uyğun bütün məlumatlar əks etdirilməlidir. Məlumatlar bir səhifədə yerləşmədikdə yeni səhifə tərtib olunmalıdır.