Azərbaycanda pul bazası ilin əvvəli ilə müqayisədə 753 milyon manat artıb

2019.11.04 18:15 (UTC+04:00)

Azərbaycanda pul bazası noyabrın 1-nə 10 milyard 298,8 milyon manat təşkil edib. Mərkəzi Bankın hesabatına əsasən, bu rəqəm oktyabrın 1-i ilə müqayisədə 81,5 milyon manat, ilin əvvəli ilə müqayisədə 753,1 milyon manat artıb.

2018-ci ilin sonuna pul bazası 9 milyard 545.7 milyon manat olub.