Elektrik mühərrikli avtomobillərin ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azaddır

2019.11.04 18:03 (UTC+04:00)

"Mövcud normativ-hüquqi aktlarda stimullaşdırıcı tədbirlərin təsbit edilməsinə baxmayaraq, ölkə ərazisinə idxal olunan elektromobillərin sayında artım müşahidə edilib. Bu ilin 9 ayı ərzində ölkə ərazisinə 112 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub ki, bunlardan da 5-i minik nəqliyyat vasitəsidir. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 164.1.41-ci bəndinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib". Bu fikirləri mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov səsləndirib.