Agentin həyata keçirdiyi əməliyyatların ƏDV-yə cəlb edilməsi

2019.11.04 14:39 (UTC+04:00)

Tutaq ki, "A" MMC 10.000 manatlıq malları agent qaydada "S" MMC vasitəsilə təqdim edir və bu zaman həmin əməliyyatlar ƏDV-yə cəlb edilir. Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar ( mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, yalnız digər şəxsə göstərdiyi xidmətlərə görə elektron vergi hesab-fakturası verir. Elektron vergi hesab-fakturası ƏDV ödəyicisi olan digər şəxs tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

İzah: Misalı davam etdirək. Tutaq ki, həmin 10.000 manatlıq satışa görə 15 faiz haqq ödənilməlidir. Bu zaman 1.500 manat (10.000 manat * 15 faiz) "A" MMC-nin gəlirindən çıxılan xərcinə aid edilir. Həmçinin, "S" MMC ƏDV ödəyicisi olduğu halda, 1.500 manatlıq haqq üçün vergi hesab-fakturası təqdim etməlidir. "A" MMC həmin xidmət haqqına hesablanan ƏDV məbləğinin 324 manatını (1.800 manat * 18 faiz) qaydalara uyğun ödədiyi halda əvəzləşdirə bilər.

Digər şəxs tərəfindən agentə verilmiş malların (işlərin, xidmətlərin) dəyərinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq, agent malların (işlərin, xidmətlərin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturası verə bilməz.

Bu maddəyə əsasən, "S" MMC agent qaydada aldığı malları başqa vergi ödəyicisinə satdığı halda, ona vergi hesab-fakturası verə bilməz.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI