Bu il Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,4 faiz artaraq 4,3 milyard manata çatıb

2019.11.04 10:03 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 4 milyard 2,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 888,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,2 faizidir.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz artaraq 3 milyard 126,1 milyon manat olub.

Bu il yanvar-sentyabr aylarında hər bir şəhər sakini orta hesabla 179,6 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 7,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.