Azərbaycanda 2023-cü ildə 2.651,3 min dekalitr üzüm şərabının istehsal ediləcək ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 56,4 faiz çoxdur. " APA -Economics”in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə 1.695,4 min dekalitr üzüm şərabının istehsalı gözlənilir. Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə Azərbaycanda 2.027,9 min dekalitr, 2021-ci ildə – 2.189,3 min dekalitr, 2022-ci ildə isə 2 376,2 min dekalitr üzüm şərabının istehsalı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə ölkədə 1.500,3 min dekalitr üzüm şərabı istehsal edilib. Ümumiyyətlə Azərbaycanda 2023-cü il üçün bir sıra spirtli və spirtsiz içkilər üzrə artım proqnozlaşdırılır.
Azərbaycanda içkilərin istehsalı dinamikası:
İçki istehsalı (min dkl.) |
2018-ci il |
2019-cu il |
2020-ci il |
2021-ci il |
2022-ci il |
2023-cü il |
Şampan şərabı |
3,1 | 3,6 |
5,7 |
8,4 |
11,7 |
14,9 |
Araq |
860,1 |
1 613 |
1 634 |
1 655,4 |
1 677,3 |
1 701,8 |
Üzüm şərabı |
1.500,3 |
1.695,4 |
2.027,9 |
2.189,3 |
2.376,2 |
2.651,3 |
Pivə |
4.662,9 |
5.101,5 |
5.318,4 |
5.591,8 |
5.929,8 |
6.327,6 |
Brendi (konyak) |
16,5 |
22,6 |
31,4 |
36,4 |
42,6 |
52,5 |
Alkoqolsuz içkilər |
23.757,4 |
27.660,3 |
28.836,4 |
30.318,3 |
32.150,9 |
34.307,9 |