ABŞ-ın dövlət borcu 23 trilyon dolları keçib

2019.11.02 13:38 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının dövlət borcu rekord həddə çatıb - 23 trilyon dolları keçib. Birləşmiş Ştatlar mətbuatının verdiyi xəbərə görə, bu barədə rəqəmləri ölkənin Maliyyə Nazirliyi ictimailəşdirib. Məlumatda qeyd olunur ki, 2017-ci illə müqayisədə ABŞ-ın dövlət borcu 15 faizdən çox artıb. Belə ki, 2 il öncə ölkənin dövlət borcunun 20 trilyon dollardan az olduğu bildirilir.

Xatırladaq ki, həmin il Donald Tramp ABŞ prezidenti seçilib və onun prezidentliyi dövründə borc məbləği sürətlə artmağa başlayıb. Maliyyə Nazirliyinin hesabatında borcun sürətlə artması dövlət büdcəsinin kəsirinin artması ilə izah olunur.