Çin doqquz ayda vergi yığımını 252,7 milyard dollar azaldıb

2019.11.01 18:57 (UTC+04:00)

Çin dövlətinin vergilərin və yığımların azaldılması ilə müşayiət olunan yeni iqtisadi siyasəti bu ilin ilk üç rübündə biznesə və özəl sektora 1,78 yuan (təxminən 252,7 milyard dollar) vəsaitə qənaət etməyə imkan verib. Vergilərin azaldılması sayəsində 1,51 trilyon (214,4 milyard dollar) vəsait biznesin ixtiyarında qalıb. Əlavə dəyər vergisinə 703,5 milyard yuan, kiçik və orta sahibkarlıqdan tutulan vergiyə 182,7 milyard yuan, fərdi sahibkarlardan tutulan mənfəət vergisinə isə 442,6 milyard yuan qənaət edilib. Bundan əlavə, sosial sığorta yığımlarının azaldılması hesabına 272,5 milyard yuan vəsait müəssisələrin sərəncamında qalıb. Analitiklər belə hesab edirlər ki, Çin vergi və yığımların azaldılması siyasətini hələ davam etdirəcək.