"Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar jurnalistlərə açıqlamasında Azərbaycanda nağdsız ödənişlər sahəsində son dövrlər atılan addımları dəyərləndirib: "Azərbaycan tam nağdsız ödəniş sisteminə keçid dövründədir və bu keçid çərçivəsində ən önəmli addımlardan biri "SMART tələbə kartı"nın Azərbaycan universitetlərində tətbiqidir".
Onun sözlərinə görə, sözügedən kart vasitəsilə tələbələr müxtəlif kafelərdə, kitabxanalarda və s. yerlərdə xüsusi endirimlərdən yararlanıb, 7/24 rejimində pul transferlərində və gələcəkdə nəqliyyatda istifadə edə biləcək. Ümumiyyətlə, "SMART tələbə kartı" tələbələrin gündəlik həyatını xeyli asanlaşdıracaq.