AAİİ Serbiya ilə azad ticarət haqqında saziş imzalayıb

2019.11.01 13:41 (UTC+04:00)

Avrasiya İqtisadi İttifaqının (AAİİ) hökumətlərarası şurasının növbəti iclasında AAİİ ilə Serbiya Respublikası arasında azad ticarət sazişi imzalanıb. İmzalama mərasimində Rusiyanın Baş naziri Dmitri Medvedyev serbiyalı həmkarı Ana Brnabiçə müracət edərək bildirib ki, AAİİ ilə Serbiya arasındakı münasibətlər bundan sonra yeni mərhələyə daxil olur. Bu addımın atılması əvvəlcədən ikitərəfli saziş imzalamış Belarus, Qazaxıstan və Rusiyanın Serbiya ilə münasibətlərini nizamlayacaq, digər ölkələr üçün də analoji imkanlar yaradacaq. Rusiya hökumətinin başçısı onu da qeyd edib ki, hazırda AAİİ-nin məcmu ümumi daxili məhsulu 2 trilyon dollara yaxınlaşır.