Qeydiyyatdan keçmiş NKA-ların sayı artıb

2019.01.16 11:38 (UTC+04:00)

Vergi ödəyiciləri qarşısında qoyulmuş əsas tələblərdən biri nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektlərində və obyektlərdə vergi ödəyiciləri tərəfindən nəzarət-kassa aparatlarının (NKA) quraşdırılmasıdır. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Hazırda əksər təsərrüfat subyektlərində NKA-ların qeydiyyatı, quraşdırılması, istifadəsi üçün lazım olan bütün infrastruktur mövcuddur.

Son bir ildə NKA-ların quraşdırılması, qeydiyyatı ilə bağlı vergi orqanlarının apardığı tədbirlər bu sahədə müsbət dəyişikliklərlə nəticələnib. 2018-ci ildə qeydiyyatdan keçmiş NKA-ların sayı 18.603 ədəd olub ki, bu da əvvəlki ilə nisbətən 8,4 faiz çoxdur.