Oktyabr ayında bir sıra banklar kredit faizlərinə yenidən baxıb

2019.11.01 10:51 (UTC+04:00)

Cari ilin oktyabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib. "Report"un araşdırmasına əsasən, ötən ay "BTB Bank"da lombard kreditləri üzrə faiz dərəcəsi 22,8 faizdən 24,8 faizə, "Bank of Baku"da 28-30 faizdən 30-32 faizə qaldırılıb. Sonuncu həm də hesabat ayında təhsil haqqı kreditləri verməyə başlayıb. "Expressbank" kiçik və orta sahibkarlıq üçün təklif olunan kreditlər üzrə faiz dərəcəsini 15 faizdən 14 faizə salıb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi "Turanbank" və "Xalq Bank" dadır.

Avtomobil kreditləri – "NBC Bank"
Təmir kreditləri – "Bank Nikoil"
Lombard kreditləri – "Amrahbank"
İpoteka kreditləri – "Xalq Bank"
Mikro kreditlər – "Bank Respublika"
Kiçik və orta biznes kreditləri – "AG Bank", "Xalq Bank"

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib: