Paytaxtın qida sənayesi istehsalında 30 faizə yaxın artım müşahidə edilib

2019.10.31 18:04 (UTC+04:00)

Bu ilin 9 ayında Bakı şəhərində qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 975,2 milyon manat dəyərində məhsul istehsal olunub. Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,4 dəfə, içki istehsalında 34,2 faiz, qida məhsullarının istehsalında isə 27,5 faiz artım müşahidə edilib.

Ötən ilin eyni ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından pendir və kəsmik məmulatları istehsalı 2,2 dəfə, şirin peçenye istehsalı 2,8 dəfə, kolbasa məmulatları 41,5 faiz, insanın qidalanması üçün yararlı olan duz istehsalı 15,5 faiz artıb.