Ən çox işsiz şəxs hansı rayondadır?

2019.10.31 17:41 (UTC+04:00)

Bakı şəhərində məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin və işsizlikdən sığorta ödənişi alanların sayı açıqlanıb. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2019-cu il oktyabrın 1-dək 29 min 740 nəfər işsiz kimi qeydiyyata alınıb. Onların çox hissəsi Suraxanı rayonunun payına düşüb - 5 min 346 nəfər. Sabunçuda isə 4 min 77 nəfər işsiz qeydə alınıb. Ən az işsiz şəxsin qeydə alındığı rayon isə Pirallahı olub – 343 nəfər. Bakı şəhəri üzrə işsiz şəxslərdən 12 min 497 nəfərini qadınlar təşkil edib.

Qeydə alınan işsizlərdən ancaq 359 nəfərə işsizlikdən sığorta ödənişi ayrılıb. Sığorta ödənişinin hesablanmış orta aylıq məbləği 300,25 manat olub. Ən çox işsizlikdən sığorta haqqı alan Binəqədi rayonunda olub. Pirallahıda isə heç kimə sığorta haqqı ödənilməyib.

İşsiz şəxslər,

nəfər

onlardan

işsizlikdən sığorta ödənişi

alanlar

Bakı şəhəri- cəmi

29.740

359

o cümlədən rayonlar:

Binəqədi

3.583

72

Xətai

1.988

52

Xəzər

2.824

10

Qaradağ

1.989

31

Nərimanov

1.026

15

Nəsimi

2.576

26

Nizami

1.856

23

Pirallahı

343

-

Sabunçu

4.077

15

Səbail

1.426

22

Suraxanı

5.346

40

Yasamal

2.706

53