Maliyyə sektoruna kredit qoyuluşu son bir ildə 16 faiz artıb

2019.10.31 17:19 (UTC+04:00)

Bu ilin oktyabrın 1-nə Azərbaycanın maliyyə sektoruna kredit qoyuluşunun həcmi 293,2 mln. manat təşkil edib. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə əsasən apardığı hesablamalara görə, son bir ayda maliyyə sahəsinə kredit qoyuluşu 4,9 mln. manat və ya 1,7 faiz artıb.

Cari ilin əvvəli ilə müqayisədə bu göstərici 0,7 mln. manat və ya 1,2 faiz azalıb, ötə ilin analoji dövrünə nisbətən isə 39,7 mln. manat və ya 15,7 faiz artıb.