Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin məlumatına görə, 2018-ci ildə qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və vergi inzibatçılığı proseslərinin sadələşdirilməsi məqsədilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatında istifadə olunan proqram təminatında bir sıra dəyişikliklər aparılıb.
Dəyişikliklərə əsasən, e-qeydiyyat ərizəsi təsisçi ilə yanaşı, həm də onlar tərəfindən seçilmiş cəmiyyətin icra orqanının rəhbərinin elektron imzası ("Asan imza") ilə təsdiqlənməlidir. Bundan əlavə, istifadəçilərə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı proseduru çərçivəsində ƏDV məqsədləri üçün qeydiyyat və bank hesabı açmaq üçün şəhadətnamə-dublikat alınması barədə ərizələrin təqdim edilməsi və iş tipli sertifikatın əldə edilməsi imkanları yaradılıb.