Ceyhan limanından indiyədək 3,3 milyard bareldən çox neft nəql edilib

2019.10.31 16:36 (UTC+04:00)

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,32 mlrd. bareldən çox neft yola salınıb. Bu barədə "APA-Economics" BIL-dan verilən məlumata əsasən xəbər verir. Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4.334 tanker AÇG nefti ilə yüklənilib. Bu il (oktyabrın 31-ə olan vəziyyətə görə) Ceyhan neft terminalından 197,82 mln. barel neft və 249 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.