Azərbaycan banklarının xarici öhdəlikləri ötən illə müqayisədə 23,2 faiz azalıb

2019.10.31 14:57 (UTC+04:00)

Azərbaycan banklarının xarici öhdəlikləri bu il oktyabrın 1-nə 1.480,1 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstərici sentyabrın 1-i ilə müqayisədə 2,7 faiz azdır.

Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 19 faiz, ötən ilin oktyabrın 1-i ilə müqayisədə isə 23,2 faiz azalıb.