POS-terminalların sayı artıb

2019.10.31 14:23 (UTC+04:00)

Mərkəzi Bankın hesabatına əsasən, Azərbaycanda ticarət və xidmət obyektlərində istifadə edilən ödəniş aparatlarının sayı sentyabrda artaraq 64 min 777 ədədə çatıb. Avqustda bu göstərici 64 min 133 ədəd olub.

POS-terminalların 63 min 337 ədədi pərakəndə ticarət obyektlərində quraşdırılıb. Onların 38 min 265-i paytaxtdakı obyektlərin payına düşüb. Ümumilikdə, sentyabrda istifadə edilən POS-terminalın 39 min 063 ədədi Bakıda, 25 min 714 ədədi isə regionlarda quraşdırılıb.