Türkiyədə idmançılardan tutulan gəlir vergisi artırılacaq

2019.10.31 13:40 (UTC+04:00)

Yaxın zamanlarda Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi gözlənilərn qanun layihəsində yüksək liqalarda oynayan idmançılardan tutulan verginin dərəcəsinin 15 faizdən 20 faizə qaldırılacağı nəzərdə tutulub. İllik gəliri 500 min lirədən artıq olan idmançılar isə icbari şəkildə bəyannamə təqdim etməli olacaqlar. Vergi öhdəliklərinə düzgün və vaxtında əməl edən idmançılar üçün 5 faiz güzəşt ediləcəyi də gündəmdə olan məsələlərdəndir.

Yeni qanunla bağlı açıqlama verən AK Partiyanın təmsilçisi Mehmet Muş bildirib ki, indiyə qədər idmançılara tətbiq olunan vergi istisnası ləğv ediləcək: "İdmançıların gəlir vergisi 20 faizə qaldırılacaq. Yeni qanun paketinin məqsədi çox qazanan idmançılardan daha çox, az qazananlardan isə az vergi tutulmasıdır".