Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin "Real TV"yə müsahibəsində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələr, sahibkarların bank hesablarından və ƏDV depozit hesablarından vəsaitlərin silinməsi ilə bağlı problemlərin həlli, eləcə də “kölgə iqtisadiyyatı”nın qarşısının alınması, məşğulluğun rəsmiləşdirilməsi kimi məsələlərə toxunulub.