Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracından gəliri artıb

2019.10.31 12:18 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstana 40,907 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 faiz çoxdur.