Azərbaycan ixracı genişləndirmək üçün yeni bazarlar axtarışındadır

2019.10.31 11:15 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin (ATT) İdarə Heyətinin sədri Leyla Məmmədova bu gün Bakıda keçirilən Avrasiya forumunda bildirib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını genişləndirmək üçün yeni bazarlar axtarışındadır. Onun sözlərinə görə, ATT məhsulları, əsasən, ənənəvi bazarlara göndərir: "Həmin ənənəvi bazarlar əsasən MDB ölkələridir. Biz Afrika qitəsinə, həmçinin ərəb ölkələrinə ixracın artırılması istiqamətində işlər aparırıq. Ümid edirik ki, bu istiqamətdə ixracımız artacaq".