Meyvə şirələri Azərbaycanın ümumi ixracında mühüm yer tuta bilər

2019.10.31 10:41 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Avrasiya forumunda bildirib ki,hazırda Azərbaycan istehsalı olan meyvə şirələri dünyanın 50-yə yaxın ölkəsinə göndərilir. Onun sözlərinə görə, ölkəmiz iqlim şəraitindən yararlanaraq fərqli kənd təsərrüfatı məhsulları yetişdirir: "Azərbaycanda meyvə şirələrinin hazırlanması ənənəvi sahədir. Meyvə şirələrinin istehsalı ümumi istehsal sahəsinin 40 faizini təşkil edir".

Nazir müavini vurğulayıb ki, ötən il ölkədə 29 milyon litr meyvə şirəsi istehsal olunub, 2017-ci ildə isə bu göstərici 22 milyon litr təşkil edib: "Ən böyük məqsədlərdən biri meyvə şirələrinin ixracını genişləndirməkdir".