Beynəlxalq Valyuta Fondu ABŞ-ın vergi siyasətini dəstəkləyir

2019.10.30 19:09 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yeni rəhbəri Kristina Georgiyeva mətbuata verdiyi açıqlamda deyib: "Buradakı liderliyi təqdir etmək lazımdır, ABŞ hazırda ən yaxşı göstəricisi olan ölkələrdən biridir və buna görə də iqtisadiyyatın artımını gücləndirmək üçün vergi islahatlarından istifadə edərək göstərdiyi cəsarətə borcludur".

ABŞ-dakı seçkiqabağı siyasi anlaşılmazlıqlara da münasibət bildirən xanım K.Georgiyeva amerikalıların son dərəcə öz xeyirlərini bilən olduqlarını və onların əsla bəsit bir sosializm sistemini qəbul etməyəcəklərini bildirib.