Bu ilin oktyabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,1 milyon ABŞ dolları olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasına görə, sentyabr ayı ilə müqayisədə bu göstərici 10 milyon dollara yaxın artıb. Ötən ay "Bir Pəncərə" vasitəsilə gerçəkləşən qeyri-neft ixracının dəyəri 8,2 milyon ABŞ dolları təşkil edib.
2019-cu ilin yanvar-oktyabr ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib. Bunun nəticəsində 118 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.