Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaları artır

2019.10.30 17:45 (UTC+04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə bu vaxtadək 275 min ton yük daşınıb. Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, BTQ dəmir yolunda hazırda mövcud çatışmazlıqlar aradan qaldırılır və bu istiqamətdə 80 faiz işlər yekunlaşıb.