Azərbaycanda ipoteka kreditləşməsi yenidən maliyyələşdirmə hesabına 6 faizə yaxın artıb

2019.10.30 17:20 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 119,3 milyon manat ipoteka krediti verilib. Azərbaycan Mərkəzi Bankının yaydığı xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 5,7 faiz artaraq 188,7 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 29 faiz azalaraq 110 milyon manata düşüb.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 80 faiz azalaraq 20 milyon manat olub.