Azərbaycanda problemli kreditlər son 1 ildə 17,5 faiz azalıb

2019.10.30 16:58 (UTC+04:00)

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1.442,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən xəbərə görə, bu, sentyabrın 1-i ilə müqayisədə 3,2 faiz azdır. Problemli kreditlər ilin əvvəlinə nisbətən 9 faiz, son 1 ildə isə 17,5 faiz azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,1 faiz olub. Bu nisbət avqustun sonuna 10,8 faiz, ötən ilin sonuna 12,2 faiz, ötən il sentyabrın sonuna isə 14,2 faiz təşkil edib.