Nağdsız ödəyən qazanır!

2019.10.30 16:32 (UTC+04:00)

Bakıda "Nağdsız cəmiyyət günləri" çərçivəsində oktyabrın 31-dən noyabrın 7-dək "Nağdsız ödəyən qazanır!" stimullaşdırıcı kampaniya təşkil ediləcək.

Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, layihə çərçivəsində "hesab.az" ödəniş portalı üzərindən nağdsız ödənişlər edən müştərilərə bankların müxtəlif prestij səviyyəsində olan kart və stikerləri əlavə ödəniş olmadan müəyyən bonus qarşılığında təqdim olunacaq. Həmçinin kampaniya müddətində "hesab.az" üzərindən edilən ödənişlərə ikiqat bonus hesablanacaq. Kampaniyadan yararlanmaq istəyən istifadəçilər öz hesablarındakı bonusları "Dərhal dəyiş" bölməsində 10.000-30.000 bonus dəyərində olan plastik karta və stikerə dəyişə bilərlər.