Ölkəmiz dünyaya optik peyk xidmətləri ixrac edir

2019.10.30 16:01 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı"nın son buraxılışına əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarında "Azərkosmos" ASC dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.

2019-cu ilin sentyabr ayında isə "Azərkosmos" ASC dünyanın 20 ölkəsinə 2,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar- sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, Birləşmiş Ərəb Əmirlikləridir.