Cari ildə əcnəbilərin bank kartları ilə apardıqları əməliyyatların dəyəri 1 milyard manata yaxınlaşıb

2019.10.30 12:58 (UTC+04:00)

Bu ilin sentyabr ayında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 106,2 milyon manat dəyərində əməliyyat aparıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hazırladığı hesabatında məlumat verib.

Doqquz ay ərzində isə əcnəbilərin bank kartları ilə apardıqları əməliyyatların dəyəri 969 milyon manat təşkil edib.