Ukrayna İqtisadiyyat Nazirliyinin gözləntilərinə görə, əmək miqrantlarının Ukraynaya pul köçürmələrinin həcmi 12 milyard ABŞ dollarına çata bilər. Ukrayna KİV-lərinin məlumatına görə, bunu Ukrayna İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı nazirinin müavini Sergey Nikolayçuk bildirib. O vurğulayıb ki, miqrantların pul köçürmələri Ukraynaya ciddi valyuta daxilolmaları mənbəyi olmaqla bərabər, həm də mübadilə məzənnəsinə əhəmiyyətli təsir göstərir.
S.Nikolayçuk onu da bildirib ki, son 5 ildə köçürmələr sürətlə artmağa başlayıb, lakin gələcəkdə miqrantlar tərəfindən köçürmələrin belə sürətlə artacağı gözlənilmir. Qeyd edək ki, ötən il Ukraynaya pul köçürmələrinin həcmi 11 milyard dollar təşkil edib.