"İqtisadi zona" proqramının 27 oktyabr 2019-cu il tarixli buraxılışı Video

2019.10.29 17:19 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında ölkənin iqtisadi sistemində aparılan struktur dəyişiklikləri və Mikayıl Cabbarovun İqtisadiyyat naziri təyin olunması, Prezident İlham Əliyevin Mikayıl Cabbarovu qəbul etməsi, ölkənin sosial siyasəti, aktiv vergi ödəyicilərinə dair statistik göstəricilər, Mərkəzi Bankın uçot dərəcəsini endirməsi, vergi qanunvericiliyinin pozulmasına qarşı mübarizə tədbirləri haqda süjetlər nümayiş etdirilib.

Proqramın qonağı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı struktur islahatları ilə bağlı suallara aydınlıq gətirib.