Ticarətin maliyyələşdirilməsi yolları…

2019.10.29 12:55 (UTC+04:00)

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə "PAŞA Bank"ın birgə 6 noyabr 2019-cu il tarixində "Ticarətin maliyyələşdirilməsi" mövzusunda maarifləndirici tədbiri təşkil ediləcək. Tədbir təlim xarakterli olmaqla, "PAŞA Bank"ın nümayəndə heyəti tərəfindən həyata keçiriləcək.

Tədbirdə ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invoysların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri, ekspres faktorinq məhsulu, tenderdə qalib olduqdan sonra tələb olunan qarantiyalar (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası), akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s. haqqında sahibkarlara məlumat veriləcək.

Tədbir haqqında əlavə məlumat və qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
http://training.ereforms.org/