Azərbaycan Mərkəzi Bankı tərəfindən istifadədə olan mövcud elektron imza üzrə sertifikatlaşma sisteminin modernləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu məqsədlə Mərkəzi Bankın istismarında olan elektron imza üzrə sertifikatlaşma sisteminin modernləşdirilməsi ilə bağlı açıq tender elan edilib və elan edilmiş tenderin nəticəsi məlum olub. Bankdan verilən məlumata görə, tenderin qalibi "Sinam" MMC müəyyən olunub. Qalib şirkətə modernləşdirilmə işlərini həyata keçirmək məqsədilə 989.996 manat ödəniləcək.