İtaliyanın Baş naziri 2020-ci ildə vergiləri azaldacağını vəd edib

2019.10.28 13:42 (UTC+04:00)

Baş nazir Cüzeppe Konti mətbuata verdiyi açıqlamada bildirib ki, vergilərin aşağı salınması əvvəlki kimi yenə də İtaliya hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Nəzərdən keçiriləcək vergilər arasında fiziki şəxslərin gəlir vergisinin 27 və 23 faizdən 20 faizə salınması var.

İtaliya hökumətinə müxalif qüvvələr isə bildiriblər ki, ölkənin liberal-populist hökuməti müntəzəm şəkildə vergilərin dərəcəsini azaldacağını bəyan etsə də, onu yalnız qaldırmaqla məşğuldur: hökumətin təşəbbüslərinin nəticəsində 2020-ci ildə ölkənin vətəndaşlarının vergi yükü 12 milyard avro artacaq.