Sentyabrın 30-na ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 16 faiz artaraq 7,5 milyon ədəd təşkil edib. Hesabat dövründə təmassız kartların da sayında ciddi artım müşahidə olunub. Sentyabrın 30-u tarixinə ölkə üzrə təmassız ödəniş kartlarının sayı 1,2 milyonu keçib.
Mərkəzi Bankdan bildirilib ki, hesabat dövründə təmassız kartların sayı 2,4 dəfə artıb.